Terminlər

Konstruktiv nədir?

Konstruktiv təlim şagird təfəkkürünün yardımı ilə qazanılmış, qazanılmaqda olan və qazanılacaq yeni biliklərin bütövlüyü deməkdir.

Konstruktiv haqqında daha ətraflı:

Konstruktiv təlim yaradıcı, səciyyəli əməliyyat təlimidir. Bu təlimdə şagirdlər öz daxili duyğu və idrak səviyyələrindən çıxış etməklə, bilikləri üzərində apardıqları məntiqi əməliyyat nəticəsində yeni bilik qazanaraq yaradıcı olurlar.Həmin yaradıcılıq həm fərdi, həm də kooperativ (yəni birgə fəaliyyət) xarakteri daşıyır. Yəni bu yaradıcılıq uşağın-şagirdin fərdi, yaxud qrup halındakı işindən, fəaliyyətindən asılıdır. Sətirlərin müəllifinin konstruktiv təlim fəlsəfəsi amerikalı alim Cerom Brunerin konstruktivizm fəlsəfəsi ilə səsləşir. Qeyd etmək lazımdır ki, C. Brunerin konstruktivizm təlimində fərd öz şəxsi dərkinin nəticəsini, cəmiyyətin əvvəlcədən əldə etdiyi təcrübələrlə əlaqələndirməyə və əsaslandırmağa çalışaraq yeni bilik qazanır. Bünyatovanın konstruktiv təlim fəlsəfəsi həm də Şərq-Qərb təlim sisteminin sintezində ehtiva olunur. Bu təlim fəlsəfəsi hissədən tama, yaxud da tamdan hissəyə çıxmağa, şagirdlərin əldə olunmuş bilikləri ilə yeni qazanılacaq biliklərin birləşməsinə, qovuşmasına əsaslanır. Bu da öz növbəsində şagird biliyinin tamlıq sxemini yaradır. Təfəkkür əməliyyatları üzərində qurulan məntiqi bilik strukturları ilə təmasda olan hər bir şagird idrakı verilən biliklə qarşılıqlı əlaqəyə girərək, öz strukturlarının məntiqi əsaslarını qurur. Məntiqi düşüncəyə sahib olan hər bir şagird düzgün düşünməyə, əsaslı nəticəyə gəlməyə, bir nəticədən o biri nəticəyə çıxma vərdişinə yiyələnmiş olurlar.

Konstruktiv təlim böyük Azərbaycan filosofu və alimi N.Tusinin pedaqoji traktına, İsveç alimi jan Piajenin “İdrakın inkişafı” konsepsiyasına və Amerika alimi Spenser Kaqanın kooperativ təliminə əsaslanır.N.Tusinin “Əxlaqi- Nasiri”n-də hər bir insanın əxlaqının saflaşması, onun nəfsinin, xasiyyətinin milli və sivil qaydalara uyğun inkişaf etməsi əsasları götürülür. Konstruktiv təlim prosesində tərbiyənin inkişafı ön plana çəkilir və davranış özü daxiligörümün, daxili biliyin xarici görünüşü kimi qəbul olunur. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button