• Sarkazm

    Ədəbiyyat nəzəriyyəsinin terminidir.

    Sarkazm (yun.  (sarkasmós)-parçalamaq deməkdir. Bədii ifadə vasitələrindən biri olan kinayənin daha kəskin formasıdır. Ədəbiyyatda sarkazma təriz də deyilir. Tənqid hədəfi olan obyektə qarşı öldürücü gülüş formasıdır. 

    Ay zamana, zamana,
    Oxu qoydum kamana,
    Eşşəklər arpa yeyir,
    At həsrətdir samana.

    Verilən bayatıda bərabərsizlik, haqsızlıq sarkazm vasitəsilə tənqid olunub.

    Digər nümunə:

    Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum?
    Yağmadı yağış, bitmədi bir danə, nə borcum?
    Əsdi qara yel çəltiyə, bostanə, nə borcum?
    Getdi mənə nə fələliyin badə, əkinçi!
    Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!(M.Ə.Sabir)

    Şair burada əkinçinin halına yanmayan, onun əməyini istismar edən mülkədarları sarkazm atəşinə tutmuşdur.

Bloqlar
Epitet
Ədəbiyyat nəzəriyyəsinə aid termindir. Epitetə bədii təyin də deyilir. Sözə məcazi məna daşıyan başqa bir təyinedici söz artırmaq yolu ilə…
Epitet
Ədəbiyyat nəzəriyyəsinə aid termindir. Epitetə bədii təyin də deyilir.Sözə məcazi məna daşıyan başqa bir təyinedici söz artırmaq yolu ilə düzəlir.…
Kimyon
May-iyun aylarında çiçək açan, 40-60 sm hündürlüyündə ağ və çəhrayı rəngli birillik ot bitkisidir. Türkcə kimyon, azərbaycanca zirə adlanır.