Dilemma nədir
İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət dilemma adlanır.
Dilemma haqqında daha ətraflı:
Dilemma İki əlverişsiz çıxış yolundan birini, yaxud, arzuedilməz iki imkandan birini seçmək zərurətidir
Dilemma sözü yunan mənşəli bir sözdür. Xüsusilə fəlsəfi mənada müzakirə edilən və işlənən sözlərdən biri kimi diqqəti çəkir.
Hər hansı bir vəziyyət və ya hadisə qarşısında yaranan çaşqınlıq kimi ifadə edilə bilər.”Dilemmada olmaq” başqa sözlə qərarsız olmaq mənasını verir.
Dilemma 2 növdə olur:
Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Nəticədə əgər şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə – qurucuya,əgər inkar idilirsə – dağıdıcı dilemmaya aiddir.
Dilemma insanların iki mümkün vəziyyətdən birini seçməkdə qərarsızlığına aiddir. Müsbət şeylər arasında seçim edə bilməməyə “qərarsızlıq”, mənfi şeylər arasında seçim etməkdə çətinlik çəkməyə isə “dilemma” deyilir. “Yuxarı tüpürsəm bığ, aşağı tüpürsəm saqqal” atalar sözü dilemmanı ifadə edən ən doğru atalar sözlərindəndir.
Dilemmanı cümlə içində ifadə etmək:
Bilmirəm bu tədbirdə iştirak edim, ya yox.
Düzünü deyim, yoxsa yalan deyim, qərarsızam.
Tarix imtahanına hazırlaşmalıyam, yoxsa coğrafiya imtahanına?
Bu saat dostuma zəng etmək istəyirəm, amma düz olub olmadığına əmin deyiləm.