Ümumi

Ellipsis nədir?

Yunan sözü olub mənası “buraxılma” deməkdir. Sözlərin və ya şəkilçilərin ixtisarı deməkdir.

Cümlədə asan­lıqla anlaşılan, bərpa edilə bilən sözün buraxılması. □ Fikrə dinamiklik, canlı danışıq intonasiyası, bədii ifadəlilik vermək üçün istifadə edilir. Daha çox atalar sözlərində, poeziyada rast gəlmək mümkündür; 

Ellipsisdən adətən şeirdə qafiyə  yaratmaq, mətni daha intonasiyalı etmək üçün istifadə olunur.  Ellipsis üslubi funksiya daşıyır,bədii üslubun göstəricilərindən biridir.

Bir tərəfdən, vəznin formalaşmasına kömək edir, digər tərəfdən, obrazlılıq, ekspressivlik yaratmaq üçün istifadə edilir.  

Məsələn:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Burada yurdum(-san), yuvam(-san), anam(-san) şəkilçiləri ixtisar olunmuşdur.

Digər nümunə:

Sara üzməyi bilmir, Matias da” ( üzməyi  bilmir”) Burada “Matias da üzməyi bilmir” olmalı idi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button