Ümumi

Epitet nədir?

Ədəbiyyat nəzəriyyəsinə aid termindir. Epitetə bədii təyin də deyilir.

Epitet haqqında daha ətraflı:

Sözə məcazi məna daşıyan başqa bir təyinedici söz artırmaq yolu ilə düzəlir. Məsələn:

1.Tikanlı yazılar yazdığım yetər. (tikanlı sözü epitetdir)

(söz həqiqi mənada tikanlı olmadığı üçün tikanlı sözü epitetdir)

Epitet ədəbiyyatda geniş istifadə olunan bədii təsvir vasitələrindən biridir. Müəllif bu vasitədən fikrini oxucuya daha obrazlı çatdırmaq üçün istiadə edir.

2.”Ağ köynək” ifadəsində ağ sözü həqiqi mənadadır. Ağ gün söz birləşməsindəki ağ sözü isə məcazi mənadadır, epitetir.

Adətən epitet yazarkən sifətlərdən istifadə olunur. Ancaq zərflərdə də geniş istifadə olunur, məsələn ”ağır addımlamaq”. Epitetlər şeirdə obrazlılığı, emosional koloriti, müəllifin baxışını, gizli və ya açıq mənasını vurğulamaq üçün istifadə olunur.

Epitet həm şeirdə, həm də nəsrdə çox işlənir. Epitetin strukturu və mətn funksionallığı sözə rənglər, yeni məna, emosionallıq verir. Sözün rolu mütəxəssislər tərəfindən müxtəlif cür təsvir olunur. Onların tək bir baxışı yoxdur. Baxmayaraq ki, bu stilistikada ən qədim terminlərdən biridir.

Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlü, qız birçəkli qırat gəl.

Bu bənddə alma gözlü, qız birçəkli sözləri epitetdir. Bu sözlər məcazi mənada işlənmişdir.

Bəzən bir sənətkarın işlətdiyi uğurlu epitetlərdən başqa sənətkarlar da istifadə edirlər ki, bunlara müqəyyəd epitetlər deyilir. Məs: kaman qaşlı, tuti dilli, sərv boylu və s.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button