Istehlak nədir?
İstehlak istehsal olunan malların, xidmətlərin və ya müxtəlif şeylərin ehtiyaclara uyğun və istəkləri qarşılamaq məqsədi ilə istifadə edilməsidir. Üstəlik, istehlak bir fəaliyyətdir. İstehsalın əksi olaraq adlandırılır. İstehlakın məqsədi istəkləri, ehtiyacları və tələbləri ödəməkdir.
Istehlak haqqında daha ətraflı:
İstehlak nə deməkdir?
İstehlak istehsal olunan hər hansı bir şeyin azalmasıdır. Yəni bir növ fəaliyyət və hərəkətdir. İstehsal fəaliyyətinə əlavə olaraq təbii faktorların istifadəsi də daxildir. Buna görə də canlıların öz ehtiyaclarına uyğun istifadə etdikləri, xərclədikləri və məhv etdikləri hər şey istehlak deməkdir.
İstehlakçı kimdir?
İstehlakçı müəyyən bir qiymətə iqtisadi mal və xidmətləri alan və istifadə edən şəxsdir.
Marketərdə, dükanlarda, yəni ticarət mərkəzləri kimi obyektlərdə, harada oluruqsa-olsun orada istehlakçı rolunu oynayırıq. Ticarət mərkəzlərindən alış-veriş edən şəxs, həmin andan istehlahçıya çevrilir, yaxud istənilər növ xidmətlərdən məsələn, nəqliyyat, rabitə, kommunal xərclərdən, istifadə edirsə, deməli, istehlakçıdır. Bundan başqa xidmətə görə onlayn ödnişlər edən , ya da dükanlardan ərzaq, geyim sifarış verən şəxs, istehlakçı adlanır.