Elmi
Karbonat (Soda) nədir?
Natrium-hidrokarbonat (Natrium-bikarbonat, İçməli soda, Çay sodası, Ərzaq sodası) – Karbonat turşusunun turş natrium duzudur. Kimyəvi formulu NaHCO3 kimidir. Ağ narın kristal maddədir.
Ağ rəngli kristallik toz olan soda zəif duzlu və ya qələvi dada malikdir. Suda çox yaxşı həll olur, spirtdə isə demək olar ki, həll olmur. Çay sodası bəşəriyyətə lap qədim zamanlardan, hətta paleolit dövründən məlumdur.
Sodanın faydaları
- Dişləri təmizləyir
- Qolaltının qaralmasının qarşısını alır
- Həzmi asanlaşdırır
- Boğaz infeksiyasına yaxşı gəlir
- Dərini təmizləyir
- Ev təmizliyində istifadə olunur
- Saç rəngini açar
- Kəpəyə yaxşı gəlir
Soda nədən hazırlanır?
Soda kimyəvi reaksiyalar nəticəsində yaranan bir maddə növü kimi izah edilə bilər.
O ağ kristal toz halındadır.
Soda formulunu natrium bikarbonat kimi ifadə etmək olar. Natrium və karbon maddələrini birləşdirərək əldə edilir.