Ümumi

Keşbek nədir?

“Keşbek” (Cash back) son illər ən sıx rastlaşdığımız sözlərdəndir. Əksər hallarda endirimlə səhv salınsa da, bunlar tam fərqli anlayışlardır. Endirim hər hansısa bir məhsul və ya xidmət üzrə ödəniş etdiyiniz anda tətbiq olunur və qiyməti dərhal azaldır. Keşbek isə ödəniş edildikdən sonra tətbiq olunur və məbləğin bir hissəsi sizə geri qayıdır.

Keşbek haqqında daha ətraflı:

Keşbek xərclədiyiniz pulun bir hissəsinin sizə qayıtması prosesidir. Bu adətən hər hansı məhsula və ya bankın hər hansı kartına tətbiq edilir. Məqsəd isə müştərilərin diqqətini cəlb etmək və rəqabətdə önə çıxmaqdır.

Lakin, qeyd etməliyik ki, bu, həmçinin müştərilərin də xeyrinədir.

Keşbek iki növ əməliyyatlarda reallaşır:

1.Birinci növ cash back forması nağd və ya debet kartları ilə alış-veriş edən pərakəndə alıcılara tətbiq olunur. Xərclənən məbləğin bir hissəsi və ya müəyyən faizi karta geri qayıdır.

Kart sahibi alış-veriş edərkən xərclədiyi pula görə əlavə olunacaq məbləği ATM və ya banka müraciət etmədən yerində əldə etmək istəyə bilər. Bu zaman, geri qayıdacaq məbləğ alış-veriş zamanı alınan məhsulların ümumi məbləğindən çıxıla bilər.

2.İkinci növ cash back formasında müştəri kredit kartından xərclədiyi məbləğə görə faiz əldə edir. Bunlar müştərinin istəyindən asılı olaraq ya məbləğ şəklində karta geri qayıda, ya da xallar kimi toplana bilər.

Bu xalların toplanması sonda hədiyyə kartının əldə edilməsi və ya səyahət üçün millərin toplanması kimi ola bilər. Hədiyyəni qazanmaq üçün xalların sayı müəyyən olunmuş həddə çatmalıdır. Bu zaman hər bir alınan məhsula görə əldə olunan xallar və faizlər müxtəlif ola bilər.

Maraqlıdır, nə üçün sahibkarlar öz gəlirlərini kimləsə bölüşməlidir?

Keşbek platforması satıcıya reklam xərclərinə qənaət etməyə yardım edir və bu pullar müştərinin cibinə qayıdır.

Keşbek xidmətləri – internet mağazaya yeni müştərilər gətirmək öhdəliyi və müştərilərə isə ödədikləri pulların müəyyən hissəsinin geri qaytarılmasına zəmanət verən şirkətlərdir.

Alıcıdan heç bir yatırım tələb olunmur.

Keşbek miqdarı necə hesablanır?

Mağazadan asılı olaraq, ödənilmiş məbləğin bir hissəsi komissiya olaraq hesablanır və buradan da cashback məbləği əmələ gəlir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button