Kollagen nədir?
Əsas funksiyası birləşdirici toxumanı gücləndirmək və bədənin bütövlüyünü qorumaq olan protein növü.
Kollagen haqqında daha ətraflı:
Kollagen bədənimizdəki birləşdirici toxumaları yeniləyir və gücləndirir.
Qığırdaq və digər birləşdirici toxumalarda lifli zülal olan kollagen orqanizmdəki zülalın 30 faizini təşkil edir. Dəriyə, vətərlərə, sümüklərə və əzələlərə verdiyi güc və elastiklik, həmçinin sağlamlıq verir.
Toxumaları, orqanları və digər strukturları güc, elastiklik və müqavimətlə təmin edir. Xüsusilə dəri, saç, dırnaq, əzələ, sümük və qığırdaq kimi toxumalarda olur. Yaşlandıqca bədəndə istehsal olunan kollagenin miqdarı azalır. Müntəzəm və balanslaşdırılmış pəhriz bədənə kollagen istehsal etməyə kömək edir
Dərimizin dörddə üçünü və bədən proteininin üçdə birini təşkil edir və sümüklərdə, əzələlərdə və qanda olur. Yaşlandıqca, mövcud kollagen parçalanır və bədənin yeni kollagen istehsal etməsi çətinləşir. Bu səbəbdən bir çox insan müəyyən yaşdan sonra kollagen əlavələri qəbul etməyə başlayır.
28 növ kollagen var. Kollagen növləri bədəndə istifadə edildiyi yerdən, molekulların necə birləşməsindən və əlavə olunan hüceyrə komponentlərindən asılı olaraq dəyişir.
Kollagenin faydaları
- Kollagen oynaq ağrılarını aradan qaldırır
- Dərinin elastikliyini və möhkəmliyini artırır
- Ürək xəstəliyi riskini azaltmağa kömək edir.
- Əzələ kütləsini artıraraq əzələ itkisinin qarşısını ala bilir.
- Kollagen saç və dırnaq quruluşunu gücləndirir və yaraların sağalma prosesində mühüm rol oynayır.
- Kollagen də bədənin daxili toxumalarının sağalmasına kömək edir.
- Saç tellərini stimullaşdırır və qalınlaşdırır, daha qalın və sağlam saç görünüşünü təmin edir.
- Kollagen də yaraların sağalma sürətinə müsbət təsir göstərir. Araşdırmalar göstərib ki, yaşlanma ilə orqanizmdəki yaraların sağalma prosesi yavaşlayır və bunda kollagen itkisi təsirli olur. Bədənə qəbul edilən kollagen əlavəsi ilə yaraların sağalma prosesi də sürətlənir.
- Ümimi olaraq kollagen dəri, əzələ, sümük və dəri toxuması quruluşuna dəstək və güc verir.
Kollagenlə zəngin qidalar
Kollagen istehsal etmək üçün insan orqanizminə prolin, qlisin, C vitamini, sink və mis lazımdır. Prolin yumurta ağında, süd məhsullarında, kələmdə, göbələkdə və qulançarda olur. Glisin toyuq dərisi, jelatin və yüksək protein tərkibli digər qidalardan əldə edilir. C vitamini sitrus meyvələrində və müxtəlif bibərlərdə olur. Sink mal əti, quzu əti, qabıqlı balıqlar, noxud, mərci, lobya, süd, pendir və müxtəlif qoz-fındıq və toxumlarda olur. Bədənin kollagen istehsal etməsi üçün lazım olan mis şokoladda, kakao tozunda, küncütdə və mərcidə olur.
Evdə kollagen hazırlanması
Evdə kollagen hazırlamağın ən praktik yolu sümük suyu hazırlamaqdır. Evdə kollagen hazırlamaq üçün aşağıdakı üsullardan istifadə edə bilərsiniz: sümük suyu, toyuq, balıq, yumurta, mal əti və müxtəlif meyvə-tərəvəzlərdən istifadə edərək kollagenin miqdarını artıra bilərsiniz. Evdə sümük suyu hazırlamaq üçün sümükləri uzun müddət qaynadın. Bu proses sümüklərdəki kollagenin suya keçməsini təmin edir.