Ümumi

Libido

İlk dəfə Ziqmud Freydin tələbəsi tərəfindən istifadə edilən sözdür. Freydə görə, libido həyat instinkti və enerjisidir.  Latın dilindən tərcüməsi “arzu,şəhvət” demək olan bu söz seksual ehtirası və cinsi instinkti nəzərdə tutan anlayışdır.

Libido fizioloji, psixoloji və emosional amillərin kompleks qarşılıqlı təsirini ehtiva edir və fərdin cinsi fəaliyyət istəyinə təsir göstərir

Libido cinsi cazibədir, istənilən cinsi fəaliyyət arzusudur. Bunlara düşüncələr, cinsi xarakterli fantaziyalar və seks istəyi daxil ola bilər. Cinsi əlaqədən əvvəl və ya proses zamanı baş verə bilər.

Bəzən libidonun olmaması və ya həddindən artıq olması ilə bağlı çətinliklər yaşanır. Libidonun azalması arzunun aşağı olması və ya onun tam olmaması deməkdir. Belə bir pozğunluqdan əziyyət çəkən şəxs nə tam cinsi əlaqəyə, nə də müxtəlif cinsi stimullara cavab vermir, hətta bəzi hallarda partnyorla intim əlaqəyə girməkdən yayınır.

Bu davranışın səbəbləri ola bilər:

  • Həm anadangəlmə, həm də dərmanların istifadəsi nəticəsində yaranan hormonal pozğunluqlar.
  • Psixoloji və nevroloji xəstəliklər (depressiya, pozğunluqlar, stress).
  • Dərman qəbulunun yan təsiri (məsələn, antidepresanlar qəbul edərkən libido azala bilər).
  • Kəskin və xroniki somatik xəstəliklər.

Nəzərə almaq lazımdır ki, hər kəsin cinsi əlaqəyə ehtiyacı fərqlidir. Bəziləri üçün həftədə bir və ya iki cinsi əlaqə norma hesab olunur, digərləri üçün isə gündə bir neçə dəfə kifayət deyil – və bu, tamamilə normal hesab olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button