Ümumi

MBA Nədir?

20-ci əsrdə ABŞ-da yaranan proqram. (Master of Business Admistration)

MBA haqqında daha ətraflı

 MBA ana dilimizə Biznesin İdarə Olunması deyə tərcümə olunur. İqtisadiyyat və menecment sahəsində magistr dərəcəsidir.  Bu təhsilin əsas vəzifəsi, biznes üçün idarəçiləri yetişdirməkdən ibarət olub. 

MBA təhsilində biznesin idarə edilməsi ilə bağlı mühasibat uçotu, statistika və idarəetmə strategiyası sahələri haqqında məlumat verilir. Bu proqramın yaradılmasında əsas məqsəd bakalavr təhsili almış hər bir şəxsə, yeni idarəetmə bacarıqları qazandırmaqdır. 

MBA təhsilinin əsas üstün cəhəti odur ki, burada nəzəri biliklərə yox, praktiki bacarıqlara üstünlük verilir. Tələbələr qarşılarına qoyulmuş real məsələləri həll edirlər, müəllimlər də müvafiq olaraq məsləhətçilər, idarəçilər və direktorlardan təşkil olunur.

MBA üzrə təhsil almaq üçün ali təhsilə və ən azı 2 il praktik təcrübəyə malik olmalısınız. (AMBA tərəfindən akkreditə olunmuş biznes məktəbləri və biznes institutları minimum 3 il təcrübə təyin edir).

Qətiyyətlə demək olar ki, bank və maliyyə sektorlarında, insan resurslarının idarə edilməsi (HR), pərakəndə satış, telekommunikasiya, istehsal, konsaltinq, tikinti və dövlət idarəçiliyində MBA diplomuna sahib olmaq namizədin uğurlu işlə təmin olunma şansını xeyli artırır. Strateji menecment biznes məktəbi məzunlarının ən çox tələb olunduğu sektordur.

Peşəkar böyümək və strateji idarəetmə, strateji marketinq və maliyyə sahəsində inkişaf etmək üçün sadəcə MBA dərəcəsi lazımdır.

MBA nə qazandırır?

Hər şeyi bildiyinə inanan yaxşı təcrübəsi olan insanlar belə MBA proqramına daxil olduqdan sonra əmin olurlar ki, belə deyil. Məsələ burasındadır ki, biznes məktəbində bilikli, təcrübəli, iddialı, düşünən insanlar toplanır və onların “kollektiv intellekti” təlimin hər bir iştirakçısını zənginləşdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button