Ümumi

Merçendayzer nədir?

Merçendayzerlə markaların mağazalardakı təmsilçiləridirlər.

Müxtəlif növ şirkətlərin satış performansının maksimuma çatdırılmasını təmin edən şəxslər merçendayzer adlanır. Onların sayəsində insanlar lazımi məhsulları ehtiyac olan anda rahatlıqla tapıb əldə edir. Onlar şirkət məhsullarının anbar vəziyyətinə və rəflərin səliqəli, gözoxşayan təşkilinə cavabdehdir.

Merçendayzer məhsul çeşidinin, satış və stok planlarının hazırlanması,satışları artırmaq üçün malların necə görünəcəyinə qərar verilməsi,mağazalar üçün rəf yerləşdirmə planlarının hazırlanması,satış və mənfəətin proqnozlaşdırılması və s. bu kimi öhdəlikləri yerinə yetirir.

Merçendayzer satış meyllərini dəqiq proqnozlaşdırmaq, inventar səviyyələrini planlaşdırmaq və performansa nəzarət etmək üçün satınalma qrupları ilə əməkdaşlıq edir.

Merchandiser nə edir? Onların Vəzifə və Məsuliyyətləri nələrdir?

Pərakəndə satıcılara və istehsalçılara məhsul satışlarını maksimum dərəcədə artırmağa kömək edən merchandiser-in ümumi vəzifələri aşağıdakılardır;

  • Məhsul çeşidinin, satış və stok planlarının hazırlanması,
  • Satışları artırmaq üçün malların necə görünəcəyinə qərar vermək
  • Mağazalar üçün rəf yerləşdirmə planlarının hazırlanması,
  • Satış və mənfəətin proqnozlaşdırılması,
  • Satış həcminin və müəyyən məhsul sahələrinin gəlirliliyinin optimallaşdırılması,
  • Mövsümə əsaslanan proqnozlar əsasında ehtiyat səviyyələrinə nəzarət etmək,
  • Müştərilərin məhsullara marağı haqqında məlumatların toplanması,
  • Lazım olduqda kampaniyaların təşkili,
  • Mağazalar, təchizatçılar və distribyutorlarla əlaqə qurmaq,
  • Təchizatçılarla görüşmək, xərcləri müzakirə etmək, vaxt qrafiklərini və çatdırılma tarixlərini müəyyən etmək, lazımi sənədləri doldurmaq.
  • Malların vitrində səliqəli və tələblərə uyğun düzülüşünü təmin etmək
  • Qiymətlərin malların üzərində olmasına nəzarət etmək və təmin etmək
  • Məhsulların satışını stimullaşdıracaq tədbirlər həyata keçirmək
  • Məhsullar haqqında reklam materialları paylamaq
  • Gündəlik gördükləri işlər və dükanlardakı vəziyyət barədə rəhbərliyə gündəlik hesabat vermək

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button