Ümumi

Metafor nədir?

Metafora (μεταφορά — «köçürmə») və ya məcaz — Metafor adı çəkilməyən bir predmetə aid müəyyən bir əlamətin başqa bir predmet üzərinə köçürülməsi yolu ilə yaranır.

Metafor haqqında daha ətraflı:

Məsələn:

Tökülür yarpaqlar, susur bulaqlar,

Soyuqdan üşüyür, əsir budaqlar. (B.Vahabzadə)

Susmaq, danışmamaq, soyuqdan üşümək insana aid əlamətlərdir. Burada insanın adı çəkilmədən onun əlamətləri bulağın və budağın üzərinə köçürülmüşdür. Bu metafordur.

  • Ağaclar pıçıldaşır, pıçıldaşır,
  • Çiçəklər danışırdı,
  • Ulduzlar gör üzündə
  • Hey qımışırdı.

Bu nümunədə də insana aid pıçıldamaq, danışmaq, qımışmaq kimi əlamətlər ardıcıllıqla ağacın, çiçəyin, ulduzun üzərinə köçürülmüşdür.

Metaor ilə təşbeh bir-birinə bəzəsə də,bənzəyən və bənzədiləndən birinin  adının çəkilməməsi   metaforu təşbehdən fərqləndirir.

Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar. (Aşıq Ələsgər)                                    

Bu nümunədə insana xas olan bürünmək, geyinmək, söz demək kimi xüsusiyyətlər dağların üzərinə köçürülüb.

Bəzi metaforlarda tərəflərdən yalnız biri iştirak edir. Bu cür metaforlarda müəllif xitab etdiyi şəxsə gül, ay, sənəm və s. adlarla müraciət edir. Məsələn:

  • Səni əhli-vəfa bilmişdim, ey gül, bivəfasanmış,
  • Bağışla, bilmədim, biganələrlə aşinasanmış.

                                                  (S.Ə. Şirvani)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button