Ümumi

Prioritet nədir?

Hər hansı bir fəaliyyəti həyata keçirməkdə ilk görüləsi, birinci həll olunası, üstünlük təşkil edən iş və ya öhdəlik nəzərdə tutulur.

Hərəkətlərin prioriteti onların vaxtında yerinə yetirilmə ardıcıllığını müəyyən edir. Belə ki, insan müəyyən məqsədə çatmaq üçün ən əhəmiyyətli və vacib olanı – prioritetini seçir və ilk öncə ona üstünlük verir. Məsələn, universitetə hazırlaşan gəncin ən vacib önəm verməli olduğu-prioriteti dərslərinə yetərincə vaxt ayırmasıdır.

Prioritetləşmə nədir?

Prioritetləşdirmə bacarığı – əhəmiyyət təşkil edən tapşırıqların, vacib məsələlərin, problemlərin həllinin ardıcıllığının təyin olunmasını və işlərin vaciblik dərəcəsinə görə ayırd edilməsi deməkdir.

Atılmalı olan addımlar:

  • Görüləcək bütün işlərin siyahısını tərtib edin
  • Nəyin vacib olduğunu müəyyənləşdirin: həqiqi hədəfləri anlayın
  • Ən təcili görüləcək işləri ayırın

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button