Ümumi

Proloq nədir?

Mənası ön söz deməkdir, yunanca “pro” və “loqos” sözlərinin birləşməsindən əmələ gəlmişdir.

Bədii əsərin əvvəlində işlənir, oxucunu əsərdə danışılan əhvalatlarla qısaca tanış edir.

Proloq haqqında daha ətraflı:

Səməd Vurğunun “Muğan” poemasında “təbiət ilhama çağırır məni” misrasının daxil olduğu parça ümumi giriş funksiyası daşıyır, buna görə də, proloq sayılır.

 Nizami Gəncəvinin “İsgəndərnamə” poemasının “dastanın xülasəsi və isgəndərin cahangirlik tarixi” hissəsi hissəsi proloqdur:

Mən elə başladım bu şux dastanı,
Coşdurar sazımın səsi dünyanı.
Ən doğru sözlər ki oyadır maraq,
Tarixdən onları bir-bir alaraq
Düzdüm dastanıma, əsər yaratdım,
Ağla sığmayanı büsbütün atdım.
Dastanı düzərkən fikrim açıqdı,
Söz səlis olsa da, yol dolaşıqdı.
İskəndər haqqında heç bir əsərdə
Məlumat görmədim yığcam bir yerdə.
Ən qədim tarixi əsərlərdən mən
Yəhudi, nəsrani, pəhləvilərdən
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq, məğzini aldım.
Müxtəlif dillərdən yığdım çox sözlər,
Bunlardan düzüldü yazdığım əsər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button