Ümumi

Ritual nədir?

Ritual — müxtəlif jestlərin, hərəkətlərin, sözlərin və sitayiş edilən obyektlərin istifadəsi ilə keçirilən dini mərasimdir.

Ritual sözü dilimizdə fəal işlənir. Ritualın başqa bir mənası “adətə çevrilmiş şey” kimi ifadə edilir.( məs,hər səhər günə meditasiya ilə baslamaq)

Ritual haqqında daha ətraflı:

Fransız sözü olan Ritual demək olar ki, bütün dünya dillərində istifadə olunur. Bu söz ənənəvi ayinləri və dini mərasimləri təsvir edir.

Bəşər tarixinin bəlkə də ən qədim dövrlərindən gələn sözlərdən biri də ritualdır. Bu gün bu söz daha çox müntəzəm təkrarlanan hərəkət formalarını ifadə etmək üçün istifadə olunur. Bu fəaliyyət formaları qədim sivilizasiyalardan bizə miras qalmış iman üzərində qurulur. İnsanlar, xüsusən də dini baxımdan müqəddəs saydıqları bəzi davranışları ritual adlandırmışlar.

Ritual, geniş miqyasda, tək bir şəxsin və ya qrupun aralıqlarla, dəyişməz davranışlarla həyata keçirilən simvolik hərəkətlərdir. Ona görə də bu hərəkət formasını yalnız dini mövzu ilə məhdudlaşdırmaq mümkün deyil. Demək olar ki, bütün dünyada dini olmayan bəzi rəsmi mərasimlər ritual kimi qəbul edilir. Məhz bu səbəbdən rituallar müxtəli  dövrlərdə məqsədləri nəzərə alınmaqla müxtəlif cür təsnif edilir. Məsələn, təqvim ritualı, keçid ritualı və böhran ritualları Bunlar bu təsnifata daxil edilən yalnız bir neçə başlıqdır.

 Təkrarlanan hərəkətlərin müəyyən bir məqsədə xidmət etməsi bir çox məqamlarda mühüm hadisədir. Gündəlik rituallar yaratmaq və gündəlik həyatda müəyyən bir proqrama sadiq qalmaq insanlar üçün ilk vaxtlar çətin proses olsa da, intizamlı həyata və bir çox uğurlara qapı açan ən mühüm detallardan biridir.

Ritualda iştirak edən şəxs və şəxslər ətrafdakı digər obyektlər və hərəkətlərlə həssas şəkildə qarşılıqlı əlaqədə olurlar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button