Ümumi

Sətəm

SƏTƏM sözünün hərfi mənası S (sağlamlıq), ƏT (əməyin təhlükəsizliyi), ƏMM (ətraf mühitin mühafizəsi) ibarətdir. Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi
İş prinsipi insanların sağlamlığı və ətraf mühitin qorunmasıdır.

Sağlamlıq – fiziki, kimyəvi, bioloji, radioaktiv və psixofizioloji tipli təhlükələrin işçinin səhhətinə ziyan vurmasının qarşısının alınmasına yönəlmiş tədbirdir. Sağlamlıq-xəstəliyin olmaması halıdır.

Əməyinin Təhlükəsizliyi – İşin görülməsi zamanı işçinin xəsarət alma riskinin olmamasıdır.Əməyin mühavizəsi müvafiq qanunvericilik aktları və normativ aktlar əsasında fəaliyyət göstərən social-iqtisadi, texniki, sanitariya-gigiyena və müalicə profilaktik tədbirlər sistemidir. Bu sistem insan təhlükəsizliyini, sağlamlığının və iş fəaliyyətinin qorunmasını təmin edir.

Ətraf mühitin mühafizəsi – İş prosesində ətraf mühitin çirklənməsinə yol verməmək və çirklənmənin qarşısını almaqdır. Ətəraf mühitdə təbii şəkildə möcud olan maddi varlıqların kəmiyyət və keyfiyyətcə dəyişilməsinə yol verilməməsi, qorunub saxlanmasıdır.Yəni Əmək fəaliyyəti, iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin (hava, su, torpaq, bitki, heyvanat aləmi) çirklənməsiə hallarına yol verilməməsi və ya çirklənmənin qarşısının alınmasıdır.
Yəni əmək fəaliyyəti, iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin (hava, su, torpaq, bitki, heyvanat aləmi) çirklənməsiə hallarına yol verilməməsi və ya çirklənmənin qarşısının alınmasıdır.
Sətəm mütəxəssisləri yerli qanunvericiliyin tələblərini, beynəlxalq standartları bilməlidirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button