Fin kod nədir?
FİN – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur.
Daha ətraflı:
Dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifiksiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir.
Şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kod vəsiqənin fotoşəkil olan üzündə yerləşir. Vəsiqənin nömrəsi 8 rəqəmdən, FİN kod isə 7 simvoldan ibarətdir. Şəxsiyyət vəsiqəsinin fotoşəkil olan üzünün sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 simvoldan (“İ” və “O” hərfləri istisna olmaqla ingilis əlifbasının hərfləri və rəqəmlərdən) ibarətdir.
“Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin“FİN-ə görə fərdi məlumatların axtarışı”xidməti var ki, bu xidmət vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür. Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.
Odur ki, FİN kod (o cümlədən, şəxsiyyət vəsiqəsinin surəti) aid olduğu fərd tərəfindən qorunmalı, zərurət olmadığı hallarda başqasına etibar edilməməlidir. Bir sözlə sizin şəxsi informasiyalarınızı özündə daşıyan şəxsiyyət vəsiqənizin FİN kodunu bank və sosial təminat kartınızın FİN kodu kimi qorumalısınız.