Vöen nədir?
Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 dekabr tarixli 222 nömrəli qərarına əsasən mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, habelə vergi ödəyicisi olan fiziki şəxslərin (fərdi sahibkarların) uçotu onlara Azərbaycan Respublikasının dövlət vergi orqanları tərəfindən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə aparılır.
VÖEN açmaq – Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs-fərdi sahibkar sahibkarlıq fəaliyyətinə başlayan günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır. Fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması elektron və ya kağız formatda aparılır.
Hər bir adam təkcə şəxsiyyət vəsiqəsi ilə yaşadığı ərazinin Vergi idarəsinə və ya Asan Xidmət mərkəzinə müraciət edərək VÖEN açdıra bilər.
VÖEN hesabına görə ödəniş necə olmalıdır?
Sadəkəşdirilmiş vergi ödəyiciləri il ərzində hər rübdən bir – rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməklə həmin müddətdə hesablanmış vergini dövlət büdcəsinə ödəməlidir.
Əgər siz gəlir vergisi ödəyicisinizsə rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət hesabına ödəməlisiniz. Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannamə təqdim edilməlidir.