Ümumi

Apostil nədir?

Bir ölkədə rəsmi qəbul edilən sənədin digər ölkədə rəsmi olması üçün apostil proseduru aparılmalıdır.  Apostil əməliyyatları zamanı fiziki şəxslərdən heç bir komissiya tutulmur.

Apostil Azərbaycan Respublikasının ərazisində verilmiş və Azərbaycan Respublikasına münasibətdə 2 mart 2005-ci ildə qüvvəyə minmiş «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»nın iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.( dövlət orqanları tərəfindən verilən sənədlərə, məhkəmə sənədlərinə, notariat qaydasında təsdiq edilmiş sənədlərə (o cümlədən hüquqi şəxs tərəfindən verilmiş sənədlərin notariat qaydasında təsdiq edilmiş surət və ya tərcümələrinə; fiziki şəxsin imzaladığı sənədlərə, əgər onun imzası notariat qaydasında təsdiq edilibsə).

Apostil aşağıdakı sənədlərə verilir:

  • Məhkəmələrin, prokurorluq və ədliyyə orqanlarının verdiyi rəsmi sənədlərə (əgər sənədi vermiş orqanın möhürünün, ştampının və vəzifəli şəxslərinin imza nümunələri məlumdursa);
  • Azərbaycan Respublikasının ərazisində notariat qaydasında təsdiq olunan sənədlərə;
  • Azərbaycan Respublikasının ərazisində vətəndaşlıq vəziyyətinin dövlət qeydiyyatına dair verilmiş sənədlərə.

Diplomatik və ya konsul idarələri tərəfindən icra edilən sənədlərə, kommersiya və ya gömrük əməliyyatlarına birbaşa aidiyyəti olan inzibati sənədlərə apostil verilmir.

Bir ölkənin ərazisində verilmiş və hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin iki növü mövcuddur: apostilin verilməsi və konsul leqallaşdırması.

Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Apostilin özündə edilmiş imza, vurulmuş möhür və ştampın yenidən təsdiq edilməsi və ya leqallaşdırması tələb olunmur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button