Ümumi

Debet kart nədir?

Debet kartı, sahibinə ödənişlər etmək və bank hesabından nağd pul çıxarmaq imkanı verən bank tərəfindən buraxılan plastik kartdır.

Debet kart haqqında daha ətraflı

Debet kartdan istifadə etmək, dövrümüzdə maliyyə əməliyyatlarını həyata keçirməyin ən geniş yayılmış və əlverişli yollarından biridir. Debet kartları bir sıra üstünlüklər və xüsusiyyətlər təklif edərək onları gündəlik maliyyə həyatımızın ayrılmaz hissəsinə çevirir.Debet maliyyə əməliyyatlarında hesabdan pulun çıxarılması deməkdir. Debet kart istənilən zaman nağdsız əməliyyatlar etmə imkanı yaradır. Hesabdan nağd pul çıxarmaq, alış-veriş etmək və bütün bu kimi hallar üçün istifadə olunur. Debet kartınızdan istifadə edərək ödənişlər edilən zaman ümumi məbləğ birbaşa bank hesabından çıxılır. Bu kart bank hesabının bir hissəsidir. Adətən bankda hesab açan müştərilərə birbaşa təklif olunur. Bu kartla siz hesabınızdakı pulu həm fiziki, həm də elektron şəkildə borc və ya hesabları ödəmək, alış-veriş etmək və bankomatlardan nağd pul çıxarmaq üçün istifadə edə bilərsiniz.

İstənilən zaman nağdsız əməliyyatlar etmə imkanı tanıyan debet kart  sizə yüksək təhlükəsizlik vəd edir.


Debet kartlar necə işləyir?


Debet kartlar mağazada və ya onlayn alış-veriş, bankomatdan pul çıxarma və s. daxil olmaqla, geniş əməliyyatlar üçün istifadə edilə bilər.
Belə ki, sahib olduğunuz karta mədaxil edərək bankın təklif etdiyi üstünlüklərdən faydalana bilərsiniz. Əgər miles debet kart sahibisinizsə, mil hesablanmayan ödənişlər istisna olmaqla, bütün ödənişlərinizdə millər qazana bilərsiniz.

Kredit kartından fərqli olaraq, bu kartda ödənişlər balansdakı pulun miqdarına görə xərclənə bilər. Çünki limit  bank hesabındakı puldur. Bu o deməkdir ki, siz malik olduğunuzdan artıq xərcləyə bilməzsiniz. Bu, debet kartını təhlükəsiz ödəniş vasitəsi edir və borcun yığılmasının qarşısını alır.

Debet kartı əldə etmək üçün müştəri olmaq istədiyiniz bankın filialına getməlisiniz. Siz həmçinin filiala getmədən kartınızı onlayn əldə edə bilərsiniz. Filiallarda kassa xidmətlərinə müraciət edərək debet kartı üçün müraciət edə bilərsiniz. Ümumiyyətlə, bunun üçün sabit aylıq gəlirin olması vacib deyil.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button