Ümumi

İnvestisiya nədir?

Gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya haqında daha ətraflı:

İnvestisiya hansısa resursun – vaxtın, səyin, pulun və ya aktivin – gələcəkdə ilkin qoyulduğundan daha böyük gəlir əldə etmək ümidi ilə alınmasına aiddir. Məsələn, investor hər hansı məhsulu gələcəkdə daha dəyərli ola biləcəyiniz düşünərək alır, bu avtomobil, ev, qiymətli kağır və s ola bilər. 

İnvestisiya fəaliyyətinin məqsədi gəlir əldə etmək və zamanla alınan malın dəyərinin artmasıdır.

Investisiya fəaliyyəti növləri:

  • Səhmlər
  • İstiqrazlar
  • Daşınmaz əmlak
  • Əmtəə
  • Kriptovalyuta
  • Kolleksiya əşyaları

İnvestor nədir

İnvestorlar investisiya biznesi ilə məşğul olan insanlardır. İnvestor yerləşdirmə əməliyyatını peşəkar şəkildə həyata keçirmək qabiliyyətinə malik olan şəxsdir. Bazar vəziyyətini araşdıraraq üstünlüyü prioritetləşdirir. Risk haqqında ətraflı məlumat əldə edərək minimum risklə əmanətlər yatırmağı hədəfləyir. Əmanətdə görüləcək işlərin müddəti və nə qədər qazanc verəcəyi təhlil edilir. Bu analizlər nəticəsində doğru yerləşdirməyi hədəfləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button