Ümumi

İELTS nədir?

(İnternational English Language Testing System- Beynəlxalq İngilis Dili İmtahan Sistemi) Amerika, İngiltərə, Kanada, Yeni Zelandiya və Avstraliya kimi bir çox ölkədə təhsil və biznes sahəsində universitetlər və şirkətlər tərəfindən qəbul edilən Beynəlxalq İngilis Dili imtahanıdır.

Ana dili ingilis dili olmayan şəxslərin xarici ölkələrdə təhsil almaq, işləmək və s. məqsədlə verdikləri imtahandır.

 İngilis dili səviyyəsini ölçən bu test dünyada minlərlə universitet və təhsil qurumları tərəfindən tanınır . İmtahan sertifikatı universitetlərə qəbul olmaq üçün tələb olunan testlər arasında liderdir və bu testə tələbat və imtahanda iştirak edən tələbələrin sayı gündən-günə artmaqdadır. İELTS sertifikatı həmçinin xarici ölkədə yaşamaq istəyən namizədlərdən də tələb olunur. İmtahan ölkəmizdə yazılı formada təşkil olunur. Toplayacağınız ən yüksək nəticə 9 baldır. İmtahan 2 hissədən ibarətdir:

1.Academic

Xarici universitetlərdə təhsil almaq istəyənlər üçün keçirilən imtahandır. Çünki universitetə qəbul prosesində tələb olunan əsas sənədlərdən biri məhz IELTS sertifikatıdır. Tələb olunan bal universitetə görə dəyişir. Lakin bir çox hallarda minimal olaraq 6.5 bal tələb olunur.

2.General

Bu imtahan adətən xarici ölkələrə miqrant kimi gedib,orada işləmək istəyən namizədlər üçündür. Bu imtahan daha çox namizədlərin iş mühitində İngilis dilini istifadə etmə bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulub.

Akademik IELTS imtahanı ilə bir çox cəhətdən eyni olsa da,bəzi hissələrdə fərqliliklər mövcuddur. Oxuma və yazma bölmələri nisbətən daha asandır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button