Orqazm nədir?
Uzun müddətli cinsi təmas nəticəsində fizioloji və psixoloji olaraq əldə edilən və insana həzz verən haldır.
Güclü məmnunluq, həzz hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsidir.
Orqazm cinsi stimullaşdırma və həzzin ən yüksək nöqtəsi olaraq təyin edilə bilər. Eyni zamanda orqazmın başqa bir tərifi beynin cinsi stimulları intensiv şəkildə qəbul etməsi nəticəsində bədənin genital bölgələrinin bu stimullara eyni vaxtda reaksiya verməsi ola bilər. Orqazm kişilərdə və qadınlarda fərqli şəkildə və təsirlərlə baş verir. Dünyada 4000 qadın üzərində aparılan araşdırmalar qadınların üçdə birinin heç vaxt orqazm yaşamadığını ortaya çıxarıb. Başqa bir fakt ondan ibarətdir ki, hər on qadından yalnız biri cinsi əlaqədə olduqda orqazm yaşayır.
Orqazm vaginal və klitoral orqazmlara bölünə bilər. Klitorisin ətrafındakı bölgələr çox həssasdır.
Bir orqazmın digərindən daha yaxşı olduğunu söyləmək mümkün deyil, hər ikisi müxtəlif həzz formalarıdır.