Ümumi

Rozmarin (Bibəriyyə) nədir?

Latın adı Salvia Rosmarinus ilə tanınan rozmarin,

Vətəni Aralıq dənizi sahilləri olan, bənövşəyi, ağ və ya çəhrayı çiçəklərə malik çoxillik kol bitkisidir. Bəzi bölgələrdə “ətotu” kimi adlandırılır.

Qoxusu və görünüşü ilə şam ağacına bənzəyir. Bitki təzə və ya qurudulmuş müxtəlif formalarda istifadə edilə bilər.

Zəngin A, C, B1, B6 və B9 vitaminləri, həmçinin kalsium, maqnezium, manqan və dəmir mənbəyidir.

Faydaları:

Bibəriyyə çayı mədə şişkinliyi, həzmsizlik, qaz və qəbizlik kimi həzm problemlərini azaldır, qan dövranını stimullaşdırır, toksinlərin bədəndən çıxarılmasını asanlaşdırır, sidikqovucudur və stressin idarə olunmasını asanlaşdırır.

 Çay kimi də istehlak edilən rozmarin, zəngin tərkibi sayəsində çoxsaylı faydalar təqdim edir.

Xoş ətrinə və faydali xüsusiyyətlərinə görə kulinariyada və təbabətdə geniş istifadə olunur. Qaraciyərin yağlarını kontrol edər və həzm sistemi üçün çox faydalıdır, rozmarin bitkisi əsəbləri sakitləşdirir, yuxusuzluğu və stresi dəf edir.

Bibəriyə güclü iltihab əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır Yuxusuzluq, əsəb gərginliyi zamanı yaxşı kömək edir.

Antioksidan və antiinflamatuar komponentlər ilə zəngindir.Bu maddələr bədəndəki iltihabı azalda və sərbəst radikalların zədələnməsindən qoruya bilər.

Bu dəyərli bitki 15 əsrdir ki, xalq təbabətində tanınır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button